SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Şamaxı İmişliyə, Qarabağ Araz-Naxçıvana qarşı

"Şamaxı" "İmişli"yə, "Qarabağ" "Araz-Naxçıvan"a qarşı

  • 08 mart 2026, 10:03

Azərbaycan Premyer Liqasında XXIII turun daha iki oyunu bu gün keçiriləcək.

Yurd.Media xəbər verir ki, əvvəlcə "İmişli" Şamaxıda şəhərin eyniadlı komandasının qonağı olacaq.

Şamaxı şəhər stadionundakı matç saat 15:00-da başlayacaq.

Günün digər qarşılaşmasında isə "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək. Saat 19:15-də start götürəcək görüş Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.

"Qarabağ" 46 xalla turnir cədəlinin ikinci pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" 33 xalla beşincidir. "Şamaxı" 26 xalla səkkizinci, 21 xala malik "İmişli" isə doqquzuncudur.

Qeyd edək ki, turun ilk matçında "Sumqayıt" və "Karvan-Yevlax" kollektivləri bərabərə qalıb - 1:1.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları