SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
“Kəpəz” yenə “Qarabağ”ı büdrətdi

“Kəpəz” yenə “Qarabağ”ı büdrətdi

  • 20 mart 2026, 17:12
Yevlax

Azərbaycan Premyer Liqasının XXV turunda “Kəpəz” və “Qarabağ” komandaları üz-üzə gəlib.

Yurd.Media xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan görüşdə “Kəpəz” minimal hesablı qələbə qazanıb.

Baş hakim Əli Əliyevin idarə etdiyi matçda yeganə qolu 45-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Fərid Nəbiyev vurub.

Bu nəticədən sonra Qurban Qurbanovun komandası 52 xalla turnir cədvəlinin 2-ci pilləsində, Azər Bağırovun kollektivi isə 18 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, günün növbəti matçında “Neftçi” “İmişli”ni qəbul edəcək. “Palms Sport Arena”da keçiriləcək görüş saat 19:15-də start götürəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları