SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
“Neftçi”dən böyükhesablı qələbə

“Neftçi”dən böyükhesablı qələbə

  • 20 mart 2026, 22:33

Azərbaycan Premyer Liqasının XXV turunda “Neftçi” və “İmişli” komandaları üz-üzə gəlib.

Yurd.Media xəbər verir ki, “Palms Sport Arena”da keçirilən görüşdə meydan sahibləri böyük hesabla qələbə qazanıb - 6:0.

FİFA referisi Tural Qurbanovun idarə etdiyi qarşılaşmada qolları Breno Almeyda (12), İmad Faraj (15, 50), Emil Səfərov (19, 60), Emin Mahmudov (54) vurublar.

Bu nəticədən sonra Yuri Vernidubun komandası xallarının sayını 37-yə çatdıraraq turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Jorj Kaşkilyanın rəhbərlik etdiyi kollektiv isə 22 xalla 9-cu yerdə qalıb.

Qeyd edək ki, günün ilk qarşılaşmasında “Kəpəz” “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib. Tura sabah yekun vurulacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları