SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Premyer Liqanın 27-ci turuna yekun vuruldu

Premyer Liqanın 27-ci turuna yekun vuruldu

  • 12 aprel 2026, 23:38

Azərbaycan Premyer Liqasının XXVII turunun son oyununda “Turan Tovuz” və “Sumqayıt” komandaları üz-üzə gəlib.

Yurd.Media xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Kamranbəy Rəhimovun idarə etdiyi görüşdə Tovuz təmsilçisinin qollarını Filip Ozobiç (9-cu dəq) və Joarlem Santos (50-ci dəq) vurublar. Rəqibin heyətində isə Rayan Serhadji (64-cü dəq) fərqlənib.

Bu nəticədən sonra Kurban Berdıyevin komandası 52 xalla turnir cədvəlinin 3-cü, Saşa İliçin komandası isə 32 xalla 7-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “İmişli” səfərdə “Qəbələ”ni 1:0, “Karvan-Yevlax” evdə “Kəpəz”i 4:1, “Neftçi” isə “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib. “Şamaxı” – “Qarabağ” oyunu 0:0, “Sabah” – “Zirə” qarşılaşması isə 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları