SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Premyer Liqada qonaq komandaların qələbələri

Premyer Liqada qonaq komandaların qələbələri

  • 05 aprel 2026, 20:46

Azərbaycan Premyer Liqasında XXVI turun iki oyunu keçirilib.

Günün ilk oyununda "Qəbələ" "Kəpəz"ə qalib gəlib.

Yevlax şəhər stadionunda baş tutan matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları İsmael Akinade (74) və Domi Massumo (89) vurublar.

"Kəpəz" 21 xalla 10-cu, "Qəbələ" 19 xalla 11-ci sırada yer alıb.

Günün ikinci oyununda "Neftçi" səfərdə "Sumqayıt"a qalib gəlib.

Sumqayıt şəhər stadionunda baş tutan matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Ağ-qaralar"ın qollarını Freddi Varqas (36-pen), İfeanyi Metyu (65) və Vensan Abubakar (89) vurublar. Ev sahiblərinin heyətində isə Nikola Ninkoviç (53) fərqlənib.

"Neftçi" 40 xalla 5-ci, "Sumqayıt" 32 xalla 7-ci sırada yer alıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları