Bu gün Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulacaq.
Yurd.Media xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Qəbələ” doğma meydanda “İmişli”ni qəbul edəcək. Görüşü baş hakim Rəşad Əhmədov idarə edəcək.
Hazırda Kaxaber Tsxadadzenin komandası 19 xalla turnir cədvəlinin 11-ci, Jorc Kaşkilyanın kollektivi isə 23 xalla 9-cu pilləsində qərarlaşıb.
Tura “Turan Tovuz” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq. Tovuz şəhər stadionunda keçiriləcək görüşü baş hakim Kamranbəy Rəhimov idarə edəcək.
Hazırda Kurban Berdıyevin komandası 49 xalla turnir cədvəlinin 3-cü, Saşa İliçin kollektivi isə 32 xalla 7-ci pillədə qərarlaşıb.