Bu gün Azərbaycan Premyer Liqasında Qərb derbisi baş tutacaq.
Yurd.Media xəbər verir ki, XXVII turun açılış oyununda "Karvan-Yevlax" "Kəpəz"lə üz-üzə gələcək.
Yevlax şəhər stadionunda baş tutacaq qarşılaşmanı baş hakim Nicat İsmayıllı idarə edəcək. Hazırda Azər Bağırovun komandası 21 xalla turnir cədvəlinin 10-cu, Fizuli Məmmədovun kollektivi isə 8 xalla 12-ci pilləsində qərarlaşıb.