SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“Sabah” Çempionlar Liqasında ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

“Sabah” Çempionlar Liqasında ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

  • 05 sentyabr 2026, 09:05
Bakı

“Sabah” klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Yurd.Media UEFA-ya istinadən xəbər verir ki, Azərbaycan çempionu rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

UEFA-nın rəsmi saytında “bayquşlar”ın Liqa mərhələsində evdə keçirəcəyi 4 qarşılaşmanın məkanı təsdiqlənib.

UEFA Çempionlar Liqası

II tur – 13 oktyabr, 20:45

“Sabah” – “Slaviya” (Çexiya)

III tur – 20 oktyabr, 20:45

“Sabah” – “Borussiya” (Dortmund, Almaniya)

V tur – 25 noyabr, 21:45

“Sabah” – “Barselona” (İspaniya)

VII tur – 20 yanvar, 21:45

“Sabah” – “Napoli” (İtaliya)

Qeyd edək ki, Azərbaycanın ən böyük stadionu olan Bakı Olimpiya Stadionu 69 870 tamaşaçı tutumuna malikdir. Stadion 2015-ci ildə fəaliyyətə başlayıb, 2025-ci ildən təmirə bağlanıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları