Bu gün Azərbaycan Premyer Liqasında V tura start veriləcək.
Yurd.Media xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.
Günün ilk matçı Yevlax şəhər stadionunda keçiriləcək. “İmişli” saat 16:25-də “Neftçi”ni qəbul edəcək.
“Kəpəz” isə evdə “Qəbələ” ilə münasibətlərə aydınlıq gətirəcək. Gəncə şəhər stadionunda keçiriləcək matç saat 17:30-da başlayacaq.