SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“Abşeron”un yerini yeni klub TUTDU – ADI AÇIQLANDI

“Abşeron”un yerini yeni klub TUTDU – ADI AÇIQLANDI

  • 15 sentyabr 2026, 11:57

Azərbaycan Super Liqasında mübarizə aparacaq yeni qadın voleybol komandası fəaliyyətə başlayıb.

Yurd.Media "Sportify.az"a istinadən xəbər verir ki, qadınlardan ibarət komandaya “Azərmaş Abşeron” adı verilib.

Bu klub Superliqada fəaliyyətini dayandırmış “Abşeron”u əvəzləyəcək.

Lakin iki komanda arasında heç bir bağlılıq yoxdur. İlqar Nuriyev “Abşeron”un prezidenti vəzifəsini tərk etdikdən sonra klub dağılıb. “Abşeron” adının saxlanılmasından ötrü Azərbaycan Voleybol Federasiyasının tövsiyəsi ilə “Azərmaş”ın önünə bu ad da təmsil olunduğu coğrafi məkan kimi əlavə olunub.

Klubun prezidenti “Azərmaş”ın rəhbəri Emin Axundov, baş məşqçisi isə əvvəllər “Rabitə”, “Murov Az Terminal” kimi komandalara və Azərbaycan millisinə rəhbərlik etmiş Eldar Yusubovdur.

Hazırda rəqabətədavamlı kollektivin formalaşdırılması məqsədilə seleksiya işləri aparılır. Heyətə yerlilərlə yanaşı, legionerlərin də cəlb olunması planlaşdırılır. Komanda rəqiblərini GİN Voleybol Mərkəzində qəbul edəcək.

Qarşıdakı mövsümdə Azərbaycan Super Liqasında 9 klub mübarizə aparacaq.

Qeyd edək ki, “Azərmaş” Şirkətlər qrupu Azərbaycanda yaradılmış avtomobil istehsalının təşkili üzrə müəssisədir. “Azərmaş” minik avtomobilləri, yük avtomobilləri, avtobuslar, xüsusi təyinatlı avtomobilləri və kommersiya avtomobillərini istehsal edir. Şirkət həm yerli bazarda, həm də ixrac bazarlarında mövcudluğunu genişləndirərək Azərbaycanın sənaye və nəqliyyat sektorunun inkişafına töhfə verir.

“Azərmaş” həm də AFFA-nın tərəfdaşlarından biridir.

Skat.az - Ev və Avtomobil elanları