SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Kəpəz 3 ildən sonra Gəncə stadionuna qələbə ilə qayıtdı

"Kəpəz" 3 ildən sonra Gəncə stadionuna qələbə ilə qayıtdı

  • 30 avqust 2026, 20:49

Azərbaycan Premyer Liqasının III turunda "Kəpəz" "Turan Tovuz"u məğlub edib.

Yurd.Media xəbər verir ki, Gəncə şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 47-ci dəqiqədə Viktor Stina vurub.

Qeyd edək ki, "Kəpəz" stadionun inşası ilə əlaqdəar 3 ildir ev oyunlarını doğma meydanda keçirə bilmirdi. "Sarı-göylər" Gəncədə son dəfə 2023-cü il okyabrın 1-də "Qəbələ"yə qarşı oynayıb. "Kəpəz" bu müddətdə ev oyunlarını Qəbələ, Tovuz və Yevlaxda keçirib.

Turun ötən gün keçirilən matçlarında "İmişli" "Şəfa"nı məğlub edib - 1:0. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz bərabərliklə yekunlaşıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları