SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Sabah Old Traffordda böyükhesablı məğlubiyyətə uğradı

"Sabah" "Old Trafford"da böyükhesablı məğlubiyyətə uğradı

  • 11 sentyabr 2026, 00:52

Böyük Britaniyanın Mançester şəhərində Azərbaycan çempionu "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk matçını keçirib.

Yurd.Media xəbər verir ki, oyun İngiltərə təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Old Trafford" stadionunda keçirilən matçda ev sahiblərinin ilk qolunu 27-ci dəqiqədə Mateus Kunya vurub - 1:0.

42-ci dəqiqədə "Qırmızı şeytanlar"ın daha bir oyunçusu Brunu Fernandeş fərqlənib - 2:0.

45-ci dəqiqədə Benyamin Şeşko qapını dəqiq nişan alıb - 3:0.

Fransadan olan FIFA referisi Villi Delajonun idarə etdiyi oyunun 68-ci dəqiqəsində Lisandro Martines adını tabloya yazdırıb - 4:0.

 "Sabah" UEFA Çempionlar Liqasında növbəti oyunu oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya Praqa" komandasına qarşı keçirəcək.

Skat.az - Ev və Avtomobil elanları