SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Premyer Liqada Qərb derbisi baş tutacaq

Premyer Liqada Qərb derbisi baş tutacaq

  • 30 avqust 2026, 11:07
Gəncə

Azərbaycan Premyer Liqasında bu gün III turun daha iki qarşılaşması keçiriləcək.

Yurd.Media xəbər verir ki, günün ilk matçında "Kəpəz" və "Turan Tovuz" komandaları üz-üzə gələcəklər.

Gəncə şəhər stadionunda təşkil olunacaq oyuna saat 18:00-da start veriləcək.

"Turan Tovuz" 4 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alıb. Heç bir xalı olmayan Gəncə klubu isə sonuncu - 12-cidir.

Günün digər qarşılaşmasında isə "Zirə" öz meydanında "Neftçi"ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matçın start fiti saat 20:15-də səslənəcək.

Hərəyə 6 xal əldə edən "Neftçi" ilə "Zirə" komandaları müvafiq olaraq 1 və 2-ci pillərdə qərarlaşıblar.

Qeyd edək ki, turun ötən gün keçirilən matçlarında "İmişli" "Şəfa"nı məğlub edib - 1:0. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz bərabərliklə yekunlaşıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları