SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Sabahın UEFA Çempionlar Liqasında OYUN TƏQVİMİ

"Sabah"ın UEFA Çempionlar Liqasında OYUN TƏQVİMİ

  • 29 avqust 2026, 15:43

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Yurd.Media xəbər verir ki, çempionu sentyabrın 10-da İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək.

"Sabah" oktyabrın 13-də, Bakıda Çexiyanın "Slaviya", oktyabrın 20-də Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək.

Noyabrın 4-də Norveçdə "Vikinq"in qonağı olacaq "bayquşlar" noyabrın 25-də Bakıda "Barselona" ilə qarşılaşacaq.

"Sabah" dekabrın 8-də İspaniyada "Vilyarreal"la münasibətlərə aydınlıq gətirəcək.

Nəhayət, paytax təmsilçisi 2027-ci il, yanvarın 20-də "Napoli"ni qəbul edəcək, yanvarın 27-də İngiltərədə "Arsenal"la üz-üzə gələcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları