SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Nəriman Axundzadənin MLS-də: Komandası ilk qələbəni qazandı

Nəriman Axundzadənin MLS-də: Komandası ilk qələbəni qazandı

  • 05 aprel 2026, 11:12

Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kryu" klubunun futbolçusu Nəriman Axundzadə MLS-də ikinci oyununu keçirib.

Yurd.Media xəbər verir ki, 21 yaşlı hücumçu müntəzəm mövsümün VI turunun "Atlanta Yunayted"lə səfər matçında meydana çıxıb. Gənc forvard 90-cı dəqiqədə Andres Erreranı əvəzləyib.

Qarşılaşma qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, “Kolambus Kryu”nun cari mövsümdə ilk qalibiyyəti olub.

Qeyd edək ki, ABŞ klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları