SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Gəncədə yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçirilir

Gəncədə yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçirilir

  • 04 aprel 2026, 12:09
Gəncə

Gəncədə yeniyetmə cüdoçular arasında Avropa Kubokuna start verilib.

Yurd.Media xəbər verir ki, Azərbaycanın 127 idmançısı (92 oğlan, 35 qız) tatamiyə çıxacaq.

Beynəlxalq turnirdə 10 ölkədən 180 oğlan və 89 qız olmaqla, ümumilikdə 269 cüdoçu 16 çəki dərəcəsində mübarizə aparacaq. Azərbaycan yarışda 127 idmançı (92 oğlan, 35 qız) ilə təmsil olunacaq. Avropa Kubokunda ölkəmizlə yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ cüdoçuları da iştirak edəcəklər.

Xatırladaq ki, Gəncə İdman Sarayında təşkil olunacaq Avropa Kuboku aprelin 5-də çatacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları