Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk qarşılaşmaları baş tutub.
Yurd.Media xəbər verir ki, ilk oyunda “Zirə” səfərdə “Turan Tovuz” üzərində inamlı qələbə qazanıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş “qartallar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 55-ci dəqiqədə Eren Aydın açıb. Oyunun son dəqiqələrində isə (89-cu dəqiqə) Leroy Mikels rəqib qapısına ikinci qolu vuraraq yekun nəticəni müəyyənləşdirib.
Digər yarımfinal oyununda "Qarabağ" və "Sabah" üz-üzə gəliblər.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş heç-heçə bitib - 2:2.
"Qarabağ"ın heyətində 29 və 60-cı dəqiqələrdə Kadi Borges fərqlənib. "Sabah"dan isə Umarali Raxmonaliyev (23, 65-p.) dubla imza atıb.
Xatırladaq ki, raundun cavab matçları aprelin 21-22-də keçiriləcək.