SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Azərbaycanın futbol millisi tarixində ən böyükhesablı qələbəsini qazandı

Azərbaycanın futbol millisi tarixində ən böyükhesablı qələbəsini qazandı

  • 27 mart 2026, 21:07
Sumqayıt

Azərbaycanın futbol üzrə milli komandası tarixində ən böyükhesablı qələbəsini qazanıb.

Yurd.Media xəbər verir ki, "FIFA Series – 2026" beynəlxalq turniri çərçivəsində Azərbaycan Sent Lüsiya millisini 6:1 hesabı ilə məğlub edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşmanın 2-ci dəqiqəsində Emin Mahmudov penaltini dəqiq yerinə yetirib. 21-ci dəqiqədə Rəhim Sadıxov, 37-ci dəqiqədə Musa Qurbanlı fərqləniblər və fasiləyə Azərbaycan 3:0 hesablı qələbə ilə yollanıb.

52-ci dəqiqədə qonaqların futbolçusu Filip Donavan fərqi azaldıb - 3:1.

Lakin 64-cü dəqiqədə Toral Bayramov, 87-ci dəqiqədə Vüsal İsgəndərli, 89-cu dəqiqədə Rüstəm Əhmədzadənin qolları ilə Azərbaycan 6:1 hesablı qələbəni rəsmiləşdirib.

Xatırladaq ki, Azərbaycan yığmasının bundan əvvəlki ən böyükhesablı qələbəsi 2017-ci ildə San Marino üzərində qazanmışdı -  5:1 (2018-ci il dünya çempionatının seçmə mərhələsinə). 

Digər böyük qələbələrdən biri isə Lixtenşteyn üzərində qeydə alınıb 1999-cu ildə qeydə alınıb - 4:0.

Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra-Leone ilə üz-üzə gələcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları