SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Kəpəz Qəbələyə, Sumqayıt Neftçiyə qarşı

"Kəpəz" "Qəbələ"yə, "Sumqayıt" "Neftçi"yə qarşı

  • 05 aprel 2026, 09:43

Azərbaycan Premyer Liqasında XXVI tura bu gün keçiriləcək iki görüşlə start veriləcək.

Yurd.Media xəbər verir ki, ilk matçda "Kəpəz" və "Qəbələ" kollektivləri üz-üzə gələcəklər.

Aşağı pillələri yaxından maraqlandıran qarşılaşma Yevlax şəhər stadionunda baş tutacaq. Görüş saat 15:30-da başlayacaq.

Mövsümün ilk iki dövrəsində tərəflər hərəyə 1 dəfə qələbə qazanıblar. 21 xalla 10-cu pillədə qərarlaşan "Kəpəz", 16 xalla 11-ci sırada yer alan "Qəbələ"ni məğlub edəcəyi təqdirdə, elitadakı yerini böyük ölçüdə təmin etmiş olacaq.

İkinci görüşdə isə "Sumqayıt" və "Neftçi" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Sonuncu qələbəsini 7 tur əvvəl qazanan "gənclik şəhəri" təmsilçisi Sumqayıt şəhər stadionunda avrokuboklara iddia edən Bakı kollektivini üstələməyə çalışacaq. Bu matç saat 18:00-da start götürəcək.

"Neftçi" və "Sumqayıt" komandaları müvafiq olaraq 6 və 7-ci pillələrdə yer alıblar. "Ağ-qaralar"ın 37, Sumqayıt kollektivinin isə 32 xalı var.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları