Azərbaycan Premyer Liqasının XXVII turunda bu gün daha 3 oyun keçiriləcək.
Yurd.Media xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Qarabağ"ı qəbul edəcək.
Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 15:30-da başlayacaq.
Ardınca "Bank Respublika Arena"da turun mərkəzi qarşılaşması start götürəcək. Burada lider "Sabah" "Zirə"ni sınağa çəkəcək və sözügedən duelin start fiti saat 18:00-da səslənəcək.
Günün son oyununda isə turnir cədvəlində qonşu olan komandalar - "Neftçi" və "Araz-Naxçıvan" kollektivləri üz-üzə gələcəklər. "Palm Sports Arena"da keçiriləcək matçda ilk fit səsi saat 20:00-da eşidiləcək.
Turnir cədvəlinə 65 xalla "Sabah" başçılıq edir. Rəqibindən 1 az oyun keçirən və 55 xala malik "Qarabağ" ikincidir. "Zirə" 43 xalla dördüncü, 40 xalı olan "Neftçi" isə beşinci sıradadır. 39 xalın sahibi "Araz-Naxçıvan" altıncı pillədə yer alıbsa, akticində 31 xal olan "Şamaxı" səkkizincidir.