Azərbaycan Premyer Liqasında sonuncu pillədə qərarlaşmış "Karvan-Yevlax" klubu böyükhesablı qələbəyə sevinib.
Yurd.Media xəbər verir ki, XXVII tur çərçivəsində "Kəpəz"i qəbul edən Yevlax təmsilçisi 4:1 hesablı qələbə qazanıb.
Gərgin keçən qarşılaşmada qolları "Karvan-Yevlax"ın heyətində Rauf Rüstəmli (38, 45+1, 90+4) və Eltun Turabov (65) vurublar. Qonaq komandanın heyətində isə Fərid Nəbiyev (48) fərqlənib.
Qeyd edək ki, turnir cədvəlində Gəncə təmsilçisi 21 xalla 10-cu, Yevlax klubu isə 11 xalla sonuncu - 12-ci pillədə yer alıb.