Göygöldə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yurd.Media xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dəmir arakəsməyə çırpılıb.
Qəza nəticəsində 1990-cı il təvəllüdlü R. İmanov hadisə yerində ölüb, 1 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.