Bakıdakı qətllə bağlı binanın komendantı DANIŞDI: 5-6 aydır evli idilər, hamı şokdadır - VİDEO

Bakıdakı qətllə bağlı binanın komendantı DANIŞDI: "5-6 aydır evli idilər, hamı şokdadır" - VİDEO

  • 17 aprel 2025, 21:47
Bakı

Bakıda dəhşətli qətl hadisəsi ilə bağlı yeni faktlar məlum olub.

Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, Yasamal rayonu, General Məmmədşərif Həmidov küçəsində yerləşən binalardan birində yaşayan Bürhan Məmmədov həyat yoldaşı Xumar Məmmədovanı amansızlıqla qətlə yetirib.

Daha sonra isə hadisə yerindən qaçaraq uzaqlaşıb.

Məlumata görə, həmin gün Xumar Məmmədovanın iş yerindən ailəsinə zəng gəlib. Qardaşı evə gələrək cəsədi aşkar edib. Sakinlərin sözlərinə görə, onlar 5-6 aydır ki, evli idilər.

"Sakit ailə idi, başıaşağı gedib-gələrdilər. Heç bir problemləri yox idi. Birdən-birə bu hadisə baş verdi. Hamı şokdadır. Nəyin üstündə, niyə dava etdiklərini heç kim bilmir, hələ də sirr olaraq qalır. Oğlan siqaret çəkmirdi, araq içmirdi, sakit təbətiətli biri idi", - deyə binanın komendantı İsa Musayev bildirib.

Qeyd edək ki, qətli törədən Bürhan Məmmədov İlham oğlu 1987-ci il, həyat yoldaşı Xumar Məmmədova Ağa qızı isə 1992-ci il təvəllüdlüdür.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı süjetdə: