Bakıda DƏHŞƏT: Kişi arvadının başını kəsib özünü binadan ATDI

Bakıda DƏHŞƏT: Kişi arvadının başını kəsib özünü binadan ATDI

  • 16 aprel 2025, 22:52
Bakı

Bakıda kişi arvadının başını kəsib.

Yurd.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında, paytaxtın Yasamal rayonu, General Məmmədşərif Həmidov küçəsi, 53 ünvanında qeydə alınıb.

İlkin ehtimala görə, ər arvadının başını kəsdikdən sonra özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Hər iki şəxsin meyitinin hadisə yerindən götürüldüyü bildirilir.

Lent.az-ın əldə etdiyi məlumata görə, Burhan Məmmədov adlı şəxs bu gün səhər saatlarında yaşadığı evdə arvadı Xumar Məmmədovanın başını kəsərək öldürüb. O axşam saatlarınadək qaçaraq istintaqdan gizlənib. Axşam saat 22 radələrində isə B.Məmmədov başqa bir binanın 14-cü mərtəbəsindən özünü ataraq intihar edib.