Bakının çıxışında yük maşınının qəzası yolu bağladı.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Yurd.Media-ya bildirilib ki, Yasamal rayonu, Bakı dairəvi yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Yük avtomobilinin qəzaya uğraması səbəbindən "Lökbatan" dairəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.
"Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür", - məlumatda vurğulanıb.
