Qazax rayonunda fərdi evin hamamında partlayış olub.
Yurd.Media xəbər verir ki, Qazax rayonunda, 1958-ci il təvəllüdlü S.Əliyeva yaşadığı evin hamam otağında qazsızması nəticəsində başvermiş partlayış nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Zərərçəkən xəstəxanaya çatdırılıb. Ona üz nahiyəsinin 3-cü və bədənin müxtəlif yerlərinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

