İsmayıllı rayonunda qaya uçaraq yola düşüb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Yurd.Media-ya bildirilib ki, Lahıc–Burovdal avtomobil yolunun 17 və 17,2-ci kilometrlik hissələrində qaya uçqunu baş verib.
Qeyd edilib ki, hadisədən dərhal sonra əraziyə agentliyin əməkdaşları və xüsusi texnikalar cəlb olunub.
Gecə boyu yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işləri aparılıb və hazırda da davam etdirilir. Uçqun baş verən ərazilərdən birində təmizləmə işləri artıq yekunlaşıb, digər hissədə isə işlərin yaxın saatlarda başa çatdırılması planlaşdırılır.