SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Masallıda qardaşlar ata mülkü üstündə illərdir bir birini döyür

Masallıda qardaşlar ata mülkü üstündə illərdir bir birini döyür

  • 11 fevral 2026, 23:13
Masallı

Masallının Kubin kəndində yaşayan qardaşların illərdir mülk üstündə bir birinə xəsarət yetirdiyi aşkarlanıb.

Yurd.Media Lent.az-a istinadən xəbər verir ki, sonuncu dəfə kənd sakini, 50 yaşlı Natiq Məmmədov (ad və soyad şərtidir) ağac parçası ilə qardaşının baş, əl və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirib. Daha sonra Natiq saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, mal-qaranı örüşdən gətirmək üçün gedib. Yolda xəstə qardaşını görüb və məlum hadisə baş verib.

Onun sözlərinə görə, bu hadisədən əvvəl də zərərçəkən digər qardaşı ilə birləşib onu döyüblər. Aralarında illərdir ata mülkünü bölmək üstündə ədavət yaranıb. Natiq Məmmədov əməlindən peşman olduğunu deyərək məhkəmədən barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.

Masallı Rayon Məhkəməsinin qərarı ilə N.Muradov barəsində amnistiya aktı tətbiq olunub və o, məsuliyyətdən azad edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları