SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Pirşağı-Sumqayıt istiqamətində qatar orta yaşlı kişini vurub öldürdü

Pirşağı-Sumqayıt istiqamətində qatar orta yaşlı kişini vurub öldürdü

  • 11 fevral 2026, 21:43
Bakı

Pirşağı-Sumqayıt istiqamətində hərəkətdə olan sürət qatarı orta yaşlı kişini vurub öldürdü.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən Yurd.Media-ya bildirilib ki, bugün saat 19:07-də Abşeron dairəvi marşrutunun Pirşağı-Sumqayıt hissəsində hərəkətdə olarkən yola qəfil insan çıxıb.

Bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub:

"Əməkdaşlar tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Hadisə ilə əlaqədar qatarın hərəkətində yubanma qeydə alınıb".

ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırış edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları