2025-ci ildə Azərbaycanda yanğınlarda ölənlərin sayı 50 faiz artıb.
Yurd.Media "Trend"ə istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə ötən il vəfat edənlərin sayında artım, xəsarət alanların sayında isə azalma müşahidə olunub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, 2024-cü ildə vəfat edənlərin sayı 40 nəfər, xəsarət alanların sayı isə 210 nəfər təşkil edib. Ötən il isə vəfat edənlərin sayında 20 faktın artması, xəsarət alanların sayında isə 11 faktın azalması baş verib.
Belə ki, 2025-ci il ərzində baş vermiş yanğınlar zamanı 60 nəfər həyatını itirib, 199 nəfər isə xəsarət alıb.
Vəfat edənlərin 50 nəfəri, yəni 83.3 %-i, xəsarət alanların 161 nəfəri 80.1 %-i yaşayış evlərində baş verən yanğınların payına düşür.