SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Dəm qazından 2 yeniyetmə və 1 gənc qız zəhərləndi

Dəm qazından 2 yeniyetmə və 1 gənc qız zəhərləndi

  • 13 aprel 2026, 00:06
Qazax

Qazaxda dəm qazından zəhərlənən 2 yeniyetmə və 1 gənc qız hospitalizasiya olunub. 

Yurd.Media xəbər verir ki, hadisə Qazax şəhəri, Bakı küçəsində yerləşən evlərin birində qeydə alınıb. 

Belə ki, 2012-ci il təvəllüdlü M.Əhmədli onun bacısı 2014-cü il təvəllüdlü F.Əhmədli və onların xalası qızı olan 2007-ci il təvəllüdlü S.Bayramova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərin vəziyyəti kafi qiymətləndirilir. 

Qeyd edək ki, hadisədən həycanlanaraq özünü pis hiss edən, iki bacının anası, 1990-cı il təvəllüdlü L.Əhmədova da xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları