SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Xəzərdə balıqçının helikopterlə axtarışı - VİDEO

Xəzərdə balıqçının helikopterlə axtarışı - VİDEO

  • 14 aprel 2026, 22:58

Aviasiya dəstəsinin helikopteri ilə itkin düşmüş balıqçının axtarışları aparılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Yurd.Media bildirilib ki, "112" qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Osmanov Rahim Ramiz oğlunun axtarışları davam etdirilib.

Xəzərdə balıqçının helikopterlə axtarışı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları