SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Rusiyadan ailəsinə qayıtdı, yeniyetmə tərəfindən qətlə yetirildi - TƏFƏRRÜAT

Rusiyadan ailəsinə qayıtdı, yeniyetmə tərəfindən qətlə yetirildi - TƏFƏRRÜAT

  • 14 avqust 2026, 11:33
Biləsuvar

Biləsuvarda qətlə yetirilmiş şəxsin Rusiyadan yeni qayıtdığı müəyyən olunub.

Yurd.Media xəbər verir ki, Biləsuvar rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Məlumata görə, kənd sakini, 44 yaşlı Şölət Rüstəmli ilə 16 yaşlı yeniyetmə arasında hadisədən bir gün əvvəl mübahisə yaranıb. Tərəflər aralarında yaranan məsələyə aydınlıq gətirmək üçün ötən gün axşam saatlarında kənd ərazisində yerləşən mağazanın qarşısında görüşüblər.

Görüş zamanı mübahisə yenidən qızışıb və 16 yaşlı yeniyetmə bıçaqla Şölət Rüstəmliyə xəsarət yetirib. Yaralı kənd sakinləri tərəfindən rayon xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Bildirilir ki, mərhum Şölət Rüstəmli Rusiyada işləyib və yaxın günlərdə ailəsinin yanına gəlib. O, ailəli olub və iki övladı var.

Hadisəni törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş. polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanılıb və istintaqa təhvil verilib.

İlkin məlumata görə, yeniyetmə mərhumun bibisinin yeznəsidir.

Faktla bağlı araşdırma davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları