SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Biləsuvarda yeniyetmə 44 yaşlı kişini öldürüb

Biləsuvarda yeniyetmə 44 yaşlı kişini öldürüb

  • 13 avqust 2026, 21:37
Biləsuvar

Biləsuvarın Dərvişli kəndində yeniyetmə 44 yaşlı kişini qətlə yetirib.

Yurd.Media xəbər verir ki, bıçaq xəsarəti alan kişi rayon xəstəxanasına aparılarkən yolda vəfat edib. 

Belə ki, bugün saat 20 radələrində 1982-ci il təvəllüdlü Şölət Rüstəmlinin Biləsuvar rayonunun Dərvişli kəndi ərazisində kəsici alətlə qətlə yetirilib. 

Münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları