Ötən gecə Xəzər dənizində daha iki zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Yurd.Media-ya bildirilib ki, yerli vaxtla 22:46-da Xəzər dənizində 4,6 maqnitudalı zəlzələ baş verib.
Baş verən yeraltı təkanların ocağı 18 km dərinlikdə yerləşib.
Yerli vaxtla 23:45-da isə Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 32 kilometr dərinlikdə olub.