Bakıda Üzeyir Hacıbəylinin ev-muzeyinin qarşısında yol çöküb.
Bakının Yasamal rayonunda yolun hərəkət hissəsində çökmə baş verib.
Yurd.Media xəbər verir ki, hadisə Şamil Əzizbəyov küçəsində qeydə alınıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, rayon sukanal idarəsinin əməkdaşları həmin əraziya cəlb olunublar.
Asfaltın dağılan hissəsi ətrafında mühafizə zolağı qurulub, xəbərdarlıq nişanı qoyulub. Hazırda araşdırma aparılır:
"Hadisənin başvermə səbəbi müəyyənləşdirilərək cavabdeh qurum tərəfindən uyğun tədbir görüləcək".
