SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Tovuzda evdə yanğın olub, zəhərlənlər var

Tovuzda evdə yanğın olub, zəhərlənlər var

  • 19 iyul 2026, 16:58
Tovuz

Tovuzda evdə yanğın olub.

Yurd.Media xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. 

Vətəndaşa məxsus 2 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində başbermiş yanğın nəticəsində bir neçə nəfər tüstüdən zəhərlənib. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Vəziyyətləri qənaətbəxş və normal hesab olunur.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb. 

Qeyd edək ki, hadisə nəticəsində evin mətbəxdində və digər otaqda olan əşyaları tamam yanıb. 

Hadisəyə elektrik naqilləri arasında başvermiş qısaqapanma səbəb olduğu ehtimal edilir.

Bildirilir ki, kənd ərazisində güclü şimşək çaxıb, bundan sonra elektrik naqillində qısaqapanma olub.

Faktla bağlı araşdırma aparılır.

Skat.az - Ev və Avtomobil elanları