Qazax rayon Əzizbəyli kənd ərazisində 29 yaşlı Xəyal Məmmədzadəni elektrik cərəyanı vuraraq öldürüb.
Yurd.Media xəbər verir ki, hadisə Əzizbəyli kənd yolunun kənarında yerləşən sexlərin birində qeydə alınıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.