İyulun 12-də Samur-Abşeron kanalının Quba rayonunun Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Fərid Paşa oğlu Osmanovun meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, yeniyetmənin meyiti batdığı yerdən təxminən 15 kilometr aralıda – kanalın Şabran rayonunun Gəndov kəndindən keçən hissəsində aşkarlanıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən sudan çıxarılan meyit aidiyyəti üzrə təhvil verilib.