SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Faciənin qarşısını almaq üçün xilasedicilər 12-ci mərtəbəyə belə qalxdı - VİDEO

Faciənin qarşısını almaq üçün xilasedicilər 12-ci mərtəbəyə belə qalxdı - VİDEO

  • 12 fevral 2026, 14:33
Abşeron

Xırdalanda faciənin qarşısını almaq üçün xilasedicilər 12-ci mərtəbəyə alpinist ləvazimatları ilə çıxıblar.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə yaşayış binasında 2022-ci il təvəllüdlü azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar.

Xilasedicilər alpinist ləvazimatlarından istifadə edərək 12 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsinə qalxıblar. Eyvandan mənzilə daxil olan xilasetmə qrupu giriş qapısını açaraq azyaşlını valideynlərinə sağ-salamat təhvil veriblər.

Faciənin qarşısını almaq üçün xilasedicilər 12-ci mərtəbəyə belə qalxdı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları