SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Baba və 5 nəvəsi dəm qazından zəhərlənib, ölən var

Baba və 5 nəvəsi dəm qazından zəhərlənib, ölən var

  • 14 fevral 2026, 16:29
Naxçıvan

Naxçıvan şəhərində dəm qazı ailə faciəsinə səbəb olub.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib.

Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1947-ci il təvəllüdlü Məmmədov Niftalı Məmməd oğlu dünyasını dəyişib.

Evdə olan nəvələri - 2020-ci təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər.

Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları