SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Abşeronda sexdə baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Abşeronda sexdə baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

  • 09 may 2025, 15:03
Abşeron

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yurd.Media xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

Yanğının bilavasitə yaxınlıqda yerləşən evlərə keçməsinin qarşısı alınıb.

***

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə yanğın başlayıb.

Yurd.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.