SÜJET
Tərtərdə 4 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yurd.Media xəbər verir ki, rayonun Sarıcalı kəndi ərazisində qeydə alınan qəzada "Mercedes" və "Toyota Prius" toqquşub.
Qəza nəticəsində Tərtər rayon Cəmilli kənd sakinləri, 1961-ci il təvəllüdlü Eldar Əli oğlu Şabanov, 1986-cı il təvəllüdlü Elməddin Eldəniz oğlu Şahbazov, 1963-cü il təvəllüdlü Elxan Əli oğlu Şabanov və 1955-ci il təvəllüdlü Məzahir Şəkəralı oğlu Əliaslanov xəsarət alıb.
Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.