SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Lerikə gəzməyə gedən qadın dərəyə yıxıldı

Lerikə gəzməyə gedən qadın dərəyə yıxıldı

  • 09 may 2025, 17:45
Lerik

Lerikdə 62 yaşlı qadın hündürlükdən yıxılaraq xəsarət alıb.

Yurd.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə rayonun Sıvakəran kəndi ərazisində baş verib.

Məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, meşəlik ərazidə gəzintidə olan şəxs piyadalar üçün nəzərdə tutulmuş körpüdən dərəyə yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər bədən xəsarətləri alan 1963-cü il təvəllüdlü E.Abbasovaya müvafiq köməklik göstərərək dərədən təxliyə edib və təcili tibbi yardım briqadasına təhvil veriblər.