SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Bərdədə çayda boğulan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB + FOTO

Bərdədə çayda boğulan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB + FOTO

  • 09 may 2025, 18:51
Bərdə

Bərdədə çayda boğulan 15 yaşlı yeniyetmənin meyiti tapılıb.

Yurd.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Əli Bəxtiyar oğlu Fərəcovun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

17:27

Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.

Hələ ki onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.

İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayının sahilinə yaxın şadlıq saraylarından birində toyda olub.