SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Sumqayıtdakı yanğının TƏFƏRRÜATI: Evi özüm yandırmışam - YENİLƏNİB + VİDEO

Sumqayıtdakı yanğının TƏFƏRRÜATI: "Evi özüm yandırmışam" - YENİLƏNİB + VİDEO

  • 10 may 2025, 01:17
Sumqayıt

Sumqayıtda baş vermiş yanğının təfərrüatı məlum olub.

Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin "Qurd dərəsi" adlı ərazisində yerləşən fərdi yaşayış mənzillərinin birində qeydə alınıb.

Ev sahibi Zakir Qasımov isə yanğını qəsdən törətdiyini söyləyib:

"Evi özüm yandırmışam. İstəmirəm ki, arvadıma və oğluma qalsın, 10 ildir ki, aramızda söz-söhbət var", - deyə o söyləyib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Polis əməkdaşları tərəfindən isə ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:

09 may, 22:23

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 52-ci məhəllədə fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Yurd.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 150kv.m. olan ikimərtəbəli evdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində altıotaqlı evin 1-ci mərtəbəsində 4 ədəd soyuducu, ümumi sahəsi 15 kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları və taxta materiallar yanıb.

Fərdi yaşayış evi yanğından mühafizə olunub.

21:28

Sumqayıtda fərdi yaşayış evində güclü yanğın baş verib.

Yurd.Media xəbər verir ki, hadisə şəhərin Qurd dərəsi yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Belə ki, evin zirzəmisi və həyətyanı sahədə yerləşən yarımçıq tikilidə yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları, canlı qüvvə və texnika cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.