SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
FHN, MN və DİN Goranboydaki dəhşətli yanğınla bağlı məlumat yaydı

FHN, MN və DİN Goranboydaki dəhşətli yanğınla bağlı məlumat yaydı

  • 02 sentyabr 2026, 08:47
Goranboy

Gecə saatlarında partlayışla müşaiyət olunan yanğınla bağlı rəsmi məlumat yayılıb.

Yurd.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib.

Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.

Hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə edilib.

Xəsarət alan olmayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları