SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Ağdaşda yük maşını AŞDI: Yaralananlar var - FOTO

Ağdaşda yük maşını AŞDI: Yaralananlar var - FOTO

  • 09 may 2025, 22:04
Ağdaş

Ağdaşda ağır tonnajlı yük avtomobili aşıb və nəticədə sürücü və sərnişin xəsarət alıb.

Yurd.Media xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Ləki qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı yanacaqdaşıyan maşının sürücüsü idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qəza zamanı sürücü və avtomobildəki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.