SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
“Yeganə” “Valmora oldu

“Yeganə” “Valmora" oldu

  • 11 iyun 2026, 15:23

Bakıda dillər əzbəri olan restoranda dəyişiklik baş verib.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda yerləşən məşhur “Yeganə” şadlıq sarayının adı dəyişib.

Uzun illərdən bəri sakinlərin yaddaşında coğrafi istinad nöqtəsi və istiqamətverici rol oynayan bu iaşə müəssisəsi artıq “Valmora Deluxe Hall” adı ilə fəaliyyətə başlayıb.

Qeyd edək ki, “Yeganə” şadlıq sarayı 2019-cu ildən “Yeganə Palace” MMC kimi dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Şahin Səfərov olub. Hazırda bu MMC passiv vergi ödəyicisidir. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları