SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Tikinti şirkəti 30 manatlıq nizmanamə kapitalına görə 1000 manat cərimələndi

Tikinti şirkəti 30 manatlıq nizmanamə kapitalına görə 1000 manat cərimələndi

  • 06 avqust 2026, 15:33

“Can Construction” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən şirkətdə yoxlama aparılıb. 

Məlum olub ki, MMC-nin ilkin nizamnamə kapitalının 2024-cü ildə ödənilməsinə baxmayaraq 5 gün müddətində sənəd qeydiyyat orqanına təqdim edilməyib. 

Kassa mədaxil orderindən görünür ki, nizamnamə kapitalının artırılması hüquqi şəxsin təsisçiləri tərəfindən ayrı-ayrılıqda 10 manat olmaqla, ümumilikdə 30 manat məbləğində ödəniş edilib. 

MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə protokol tərtib edilib. 

Xətai Rayon Məhkəməsinin qərarı ilə “Can Construction” 1000 manat cərimə edilib.

Qeyd edək ki, direktoru Cavid Rəhimov olan “Can Construction” artıq Dövlət Vergi Xidməti tərəfindən riskli vergi ödəyiciləri siyahısına salınıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları